Oliver Kan

Oliver Kan
alm. Oliver Kahn
Kan 2018-ci ildə.
Kan 2018-ci ildə.
Ümumi məlumatlar
Tam adı Oliver Rolf Kan[1]
Ləqəbi Nəhəng, Vul-Kan, Kral Kan
Doğum tarixi
Doğum yeri Karlsrue, Qərbi Almaniya
Vətəndaşlığı
Boyu 1.88 m (6 ft 2 düym) [2]
Çəkisi 91 kq
Mövqeyi qapıçı
Klub haqqında məlumat
Klub Karyerasını bitirib.
Karyerası
Gənclik karyerası
1975—1987 Almaniya Karlsrue 128 (0)
1994—2008 Almaniya Bayern Münhen 429 (0)
Milli yığma[* 1]
1995—2006 Almaniya Almaniya 86 (0)
Təltif və medalları
FIFA Dünya Kuboku
Gümüş Cənubi Koreya və Yaponiya 2002
Bürünc Almaniya 2006
Konfederasiyalar kubokları
Bürünc Almaniya 2005
Avropa çempionatları
Qızıl İngiltərə 1996

  1. Rəsmi oyunlarda milli yığmanın heyətində keçirdiyi oyunların və vurduğu qolların sayı.
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

Oliver Rolf Kan (Almanca tələffüz: [ˈɔlɪvɐ ˈkaːn]; d. 15 iyun 1969[3]) — alman futbol qapıçısı, dörd dəfə dünya və Avropanın ən yaxşı qapıçısı (1999, 2000, 2001, 2002), iki dəfə Almaniyanın ən yaxşı qapıçısı (2000, 2001), beş dəfə Bundesliqanın ən yaxşı qapıçısı (1994, 1997, 1998, 1999, 2001), 2002 FİFA Dünya Kubokunun ən yaxşı qapıçısı və futbolçusu. O, karyerasına "Karlsrue" komandası ilə başlamışdır. İlk peşəkar qarşılaşması 1987-ci ildə olmuşdur. 1994-cü ildə 4,600,000 alman markı qarşılığında karyerasına sona qədər davam edəcəyi "Bayern Münhen"-ə transfer olmuşdur.

Səkkiz Bundesliqa, altı Almaniya kuboku, bir UEFA Kuboku (1996), UEFA Çempionlar Liqası (2001), Qitələrarası kubok (2001) çempionluğu yaşayan Kan, Almaniya futbolunun tez bir zamanda yetişdirdiyi ən yaxşı futbolçularından biri olmuşdur.[4] Fərdi oyunda göstərdiyi səylər ona ardıcıl dörd UEFA Avropanın ən yaxşı qapıçısı, üç dəfə İFFHS Dünyanın ən yaxşı qapıçısı, iki dəfə də Almaniyada ilin futbolçusu mükafatını qazandırdı. 2002 FİFA Dünya Kubokunda Qızıl Top mükafatını qazandı. Bu mükafatın ilk və tək laureatı qapıçı Oliver Kandır.[5]

1994-cü ildən 2006-cı ilə qədər Almaniya milli futbol komandasında oynayan Kan, Andreas Köpkenin milli komandanı buraxmasından sonra sahəyə ilk 11-də çıxmağa başladı.[6][7] 2002 FİFA Dünya Kubokunda komandasını finala qədər aparmışdır. Finala qədər qapıya yalnız 3 qol vurulmuşdur. Bütün bunlara baxmayaraq, finalda Braziliyaya 2–0 məğlub olduğuna görə, insanlar tərəfindən tənqidlərə məruz qaldı.[8] Lakin turnirin ən yaxşı oyunçusu olmağı bacardı və Qızıl Top mükafatını qazana bildi.[9]

  1. "FIFA World Cup Germany 2006 – List of Players" (PDF). Fédération Internationale de Football Association (FIFA). səh. 12. 2013-11-05 tarixində orijinalından (PDF) arxivləşdirilib. İstifadə tarixi: 22 iyul 2018.
  2. "Oliver Kahn". FC Bayern München's Official Site. FC Bayern München AG. 19 May 2007 tarixində arxivləşdirilib. İstifadə tarixi: 30 mart 2018.
  3. "Kahn's article on Encyclopædia Britannica Online". Encyclopædia Britannica, Inc. 2014-10-10 tarixində arxivləşdirilib. İstifadə tarixi: 30 mart 2018.
  4. Sitat səhvi: Yanlış <ref> teqi; guardian2002 adlı istinad üçün mətn göstərilməyib
  5. Luke Augustus. "Peter Schmeichel and Oliver Kahn renew rivalry as pair grow old in Tipico face-off advert that sees them age 50 years". The Daily Mail. 14 April 2015. 2 June 2022 tarixində arxivləşdirilib. İstifadə tarixi: 13 August 2015.
  6. "Buffon best in the 21st Century". Football Italia. 7 February 2012. 8 February 2021 tarixində arxivləşdirilib. İstifadə tarixi: 13 August 2015.
  7. "Buffon miglior portiere degli ultimi 25 anni" (Italian). Il Corriere dello Sport. 17 January 2013. 24 September 2015 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 13 August 2015.
  8. "Kahn's 'error' haunts Germany". CNN.com. 1 avqust 2002. 2013-03-07 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 30 mart 2018.
  9. "Many new challenges ahead". DFB.de. 2 September 2008. 3 March 2009 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 20 June 2014.

From Wikipedia, the free encyclopedia · View on Wikipedia

Developed by Tubidy